Azərbaycanda son sutkada 2557 nəfər COVID-19-a yoluxub-

39 nəfər ölüb
08 Sentyabr 2021 - 17:01

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2557 yeni yoluxma faktı qeydə alınıb, 3592 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.