Azərbaycanda son sutkada 3305 nəfər COVID-19-a yoluxub –

40 nəfər ölüb
04 Sentyabr 2021 - 18:56

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 305 yeni yoluxma faktı qeydə alınıb, 3 423 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 40 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 439 562 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 380 710 nəfər müalicə olunaraq sağalıb, 5 800 nəfər vəfat edib, aktiv xəstə sayı 53 052 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 18 172, ötən müddət ərzində isə ümumilikdə 4 535 906 test aparılıb.