Azərbaycanda Yeni il bayramı ilə əlaqədar 5 günlük tətil başlayır

30 Dekabr 2020 - 16:14

Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü, və 1, 2 yanvar – Yeni il bayramı qeyri-iş günüdür.

2 yanvar şənbə gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən, yanvarın 4-ü də qeyri-iş günü olacaq.

Beləliklə, Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün (31 dekabr, 1, 2, 3, 4 yanvar) iş olmayacaq.