DTX-nın sədri Əli Nağıyev Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri ilə görüşdü-Moskvada

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Moskva şəhərində Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Armen Abazyanla görüşüb.

 “Sputnik Armenia”nın verdiyi xəbərə görə, görüş Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovun təşəbbüsü əsasında baş tutub.

Bildirilib ki, görüşdə bir sıra təcili məsələlər, o cümlədən əsirlərin qaytarılması və itkin düşmüş şəxslərin axtarışı müzakirə olunub.

Qeyd olunub ki, tərəflər bir sıra istiqamətlərdə iş aparmaq barədə razılığa gəliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yararsız balıqdan keyfiyyətsiz kürü qablaşdıraraq satan şəxslər saxlanılıb –

Sonrakı məqalə

Azərbaycanda Yeni il bayramı ilə əlaqədar 5 günlük tətil başlayır