Azərbaycandan bu il də Həcc ziyarəti olmaya bilər.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd edilib ki, Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından heç bir rəsmi məktub gəlməyib: “Eyni zamanda builki Həcc müqaviləsi də imzalanmayıb. Çoxsaylı müraciətlərə baxmayaraq, bu səbəbdən sənəd qəbulu başlamayıb. Bütün bunlar Həcc ziyarətinin bu il də baş tutmayacağına ehtimal yaradır. Ümumilikdə Səudiyyə Ərəbistanı daxilində ziyarət ola bilər. Amma Azərbaycandan Həcc ziyarətinə səfərin olmayacağı ehtimal edilir”.
Qeyd edək ki, pandemiya ilə əlaqədar 2020-ci ildə də Azərbaycandan Həcc ziyarəti baş tutmayıb.