“Rusiyaya qarşı sanksiya tələb edən Navalnı tərəfdarları xəyanətkarlardır” –Mariya Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova müxalif Aleksey Navalnı tərəfdarlarının Rusiyaya qarşı sanksiya tətbiqinə çağırışlarını xəyanət adlandırıb.  

 M. Zaxarova Aleksey Navalnı tərəfdarlarının Avropa İttifaqı və ABŞ rəsmiləri ilə Rusiyaya qarşı sanksiya tətbiqinin mümkünlüyünü müzakirə etmələrini xəyanət kimi xarakterizə edib.

“Bu, bayağıdır və ədəbsizlikdir. Bu hər zaman belə olub. O ki, qaldı mənəvi-etik qiymətləndirməyə, bu xəyanətdir” – deyə M. Zaxarova Vesti FM-in efirində bildirib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycandan bu il də Həcc ziyarəti baş tutmaya bilər

Sonrakı məqalə

ABŞ BMT-nin İnsan Haqları Şurasına üzv kimi qayıdır