Azərbaycanın Əfqanıstanda olan sülhməramlı qüvvələrinin əsgəri koronavirusa yoluxub

10 İyul 2020 - 17:27

Əfqanıstanda olan Azərbaycan sülhməramlı qüvvələrinin bir əsgərində koronavirus yoluxması aşkar olunub.

Azpost.info bildirir ki, bu barədə prezidentin köməkçisi Hikmət Hacıyev bildirib.

“Digər sülhməramlılar arasında yoluxma yoxdur”.

Onun sözlərinə görə, həmin əsgər artıq ölkəyə gətirilib və karantinə aparılıb.