Azərbaycanın Əməkdar artisti, RSFSR-in Xalq artisti Tamilla Ağamirova dünyasını dəyişib.
Bu barədə “TASS” məlumat yayıb. Bildirilir ki, o, 93 yaşında vəfat edib.
Qeyd edək ki, Tamilla Ağamirova 1928-ci il mayın 21-də Bakıda anadan olub. 1951-ci ildə Bakı Teatr İnstitutunu bitirib. Bunun ardından isə 1952-ci ildə “Romen” teatrına gələrək baş rollar ifa etməyə başlayıb. T. Ağamirova “Don Kixot”, “Onun böyük ürəyi”, “Yenilməz batalyon”, “Əsl dost”, “Koroğlu”, “Zəncirlənmiş adam”, “Mateo Falkone” və s. filmlərdə canlandırdığı obrazlar və “Romen” teatrında oynadığı onlarla roluna görə tamaşaçıların sevgisini qazanıb.