Azərbaycanın ən çox ölümün olduğu şəhər və rayonları –

ADLAR
24 Fevral 2021 - 10:12

Rəsmi statistikaya görə, 2020-ci ildə Azərbaycanda 75647 ölüm qeydə alınıb. Bu, 2019-cu illə müqayisədə 35,7% çoxdur.

Novator.az Dövlət Statistika Komitəsinin saytında bölgələr üzrə göstəricilərə nəzər salıb.

Ötən il paytaxt Bakıda 17329 ölüm rəsmiləşib.

Ən çox ölümün olduğu qalan şəhər və rayonlar belə sıralanır:

Gəncə – 2913 ölüm

Sumqayıt – 2611

Şəmkir – 1816

Lənkəran – 1735

Masallı – 1701

Ağdam – 1633

Tovuz – 1632

Cəlilabad – 1368

Abşeron – 1350

Şəki – 1344

Bərdə – 1305

Xaçmaz – 1294

Sabirabad – 1238

Quba – 1202

Salyan – 1155

Fizuli – 1149

Göyçay – 1066

Ağcabədi – 1036.

2000-ci ildə ölkədə 46701 ölüm qeydə alınıb. 2001-ci ildə 45284 nəfər, 2002-ci ildə 46522 nəfər, 2003-cü ildə 49001 nəfər, 2004-cü ildə 49568 nəfər, 2005-ci ildə 51962 nəfər dünyasını dəyişib.

Sonrakı illərin rəsmi statistikası belədir:

2006-cı il – 52248 ölüm

2007-ci il – 53655

2008-ci il – 52710

2009-cu il – 52514

2010-cu il – 53580

2011-ci il – 53762

2012-ci il – 55017

2013-cü il – 54383

2014-cü il – 55648

2015-ci il – 54697

2016-cı il – 56648

2017-ci il – 57109

2018-ci il – 57250

2019-cu il – 55916.