Azərbaycanın ərazi bütövlüyünə riayət etmək zəruridir.
Bunu İran hökumətinin sözçüsü Əli Rəbii keçirdiyi həftəlik brifinqində deyib.
Ə.Rəbii əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması və buna riayət olunmasının vacibliyi ilə əlaqədar İranın mövqeyi tamamilə aydındır.
O, deyib ki, İran hökuməti indiyədək dəfələrlə BMT qətnamələri və beynəlxalq hüquq çərçivəsində Azərbaycanın qanuni haqqını vurğulayıb.