Azərbaycanın diplomatları arasında da koronavirusa yoluxan olub –

XİN
03 İyul 2020 - 10:15

“Xaricidəki diplomatik nümayəndəliklərimizdən bir nəfərdə COVID-19 virusu aşkarlanıb”.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.

XİN rəsmisi bildirib ki, hazırda həmin şəxsin vəziyyəti yaxşıdır: “Həmin şəxs müalicə olunub və hazırda işinin başındadır”.

Qeyd edək ki, bundan öncə Azərbaycanda digər rəsmi qurumlarda – Əmək və Əhalinin Sosial Müdafiəsi, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, “Bakı Metropoliteni”, ”Azərsu”da koronavirusa yoluxma halları qeydə alınıb.