Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artır.
APA-nın “aysor.am”a istinadən verdiyi xəbərə görə, Dağlıq Qarabağda koronavirusa 3 yeni yoluxma faktı qeydə alınıb.
Bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 171 nəfərə çatıb.
Virusa yoluxan 144 nəfər sağalıb.
Xəstəlikdən ölüm faktı qeydə alınmayıb.