“Azərbaycanın Milli qəhrəmanlarının imtiyazları və güzəştləri haqqında” qanunun qəbul olunmasına dair təkliflər hazırlanacaq.
Bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2020-2022-ci illər üçün bağlanmış Baş Kollektiv Sazişində əksini tapıb.
Sazişə əsasən, tərəflər “Azərbaycanın Milli qəhrəmanlarının imtiyazları və güzəştləri haqqında” qanunun qəbul olunmasına dair təkliflər hazırlanması barədə öhdəlik götürüblər. (APA)