Azərbaycanın orqanik xəritəsi hazırlanacaq.
Bu barədə “Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları” İctimai Birliyinin sədri Emin Əliyev Bakıda keçirilən “Ölkəmizin orqanik məhsul istehsalı və ixracatı potensialı” adlı konfransda deyib.
“Bununla bağlı təkliflər vermişik və layihə hazırlanıb. Layihənin yaxın günlərdə donor təşkilatlara təqdim edilməsi gözlənilir. Təbiiliyini qorumuş ərazilərin xəritəsi hazırlanacaq. Həmçinin orqanik məhsul istehsalçılarının məlumat mərkəzinin yaradılması da nəzərdə tutulur” , – deyə E.Əliyev qeyd edib.
Qeyd edək ki, hazırda ölkədə sertifikatlı 10 orqanik məhsul istehsalçısı şirkət var.