“Azərbaycandan indiyədək 600-dən çox peşəkar yanğınsöndürən heyət Türkiyədə yanğınların söndürülməsində yaxından iştirak edir”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib
Prezident Ərdoğan bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışdığını və təşəkkür etdiyini bildirib: “Azərbaycanın daha 100-ə yaxın peşəkar yanğınsöndürənləri də bu gün ölkəmizə göndəriləcək”.
Ərdoğan Azərbaycandan bir yanğınsöndürən təyyarə, iki helikopter və müvafiq texnika göndərildiyini də xatırladıb.