Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk gümüş medalını qazanıb.
Apasport.az saytının məlumatına görə, bu mükafata 5 qat dünya, 11 qat Avropa çempionu olan karateçimiz Rafael Ağayev layiq görülüb.
Bu, Azərbaycan yığmasının Tokio-2020-də dördüncü medalı olub. Rafaelə qədər yalnız bürünc mükafatlar əldə edən millimiz ən yüksək əyarlı medalını rəsmiləşdirib. Onadək millimizin heyətində cüdoçu İrina Kindzerska (+78 kq), boksçu Alfonso Dominqes (81 kq) və yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) bürünc medal əldə edib. Sərbəst güləşçi Hacı Əliyev (65 kq) isə bu gün finala yüksəlməlkə özü üçün ən azı ikinci yeri təmin edib.
**
Rafael Ağayev yer aldığı qrupu ikinci yerdə başa vurub.
O, qrupdakı son görüşündə əsas rəqibi, ikiqat dünya və beşqat Avropa çempionu Luici Buzaya (İtaliya) 1:3 hesabı ilə uduzub.
Bununla da Rafael Ağayev qrupu altı xalla ikinci yerdə başa vurub. Onun yarımfinaldakı rəqibi A qrupunun lideri Qabor Harşpataki (Macarıstan) olacaq.