Azərbaycanla birgə keçirilən “TurAz Şahini-2021” təlimləri başa çatıb

17 Sentyabr 2021 - 14:40

Konya şəhərindəki aviabazada keçirilən və Azərbaycan Hərbi Hava Qüvvələrinin də qatıldığı “TurAz Şahini – 2021” birgə taktiki təlimləri uğurla başa çatıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

“Təlimi uğurla icra edən bütün şəxsi heyəti təbrik edirik”, – deyə qeyd olunub.