Bu ölkəyə vizasız gedə biləcəyik

Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri viza tələbindən azad ediləcək. 

Parlamentin bu gün keçirilən icasında “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq qəbul edilib.

Əvvəlki məqalə

Ukrayna ordusu ilk Şimali Koreya əsgərini əsir götürüb

Sonrakı məqalə

Nazirlərlə görüşmək istəyənlənlərin nəzərinə: QƏBUL VAXTLARI