“Bu gün bir çox ekspertlər, siyasətçilər idda edirlər ki, bir neçə ildən sonra biz güclənib yenidən silahlanacaq və qələbə üçün gedəcəyik. Mən bu təfəkkürü ziyanlı sayıram. Qoy mənə göstərsinlər, kimin 18 yaşlı oğlu hesabına bunu etmək istəyirlər”.
Azpost.info bildirir ki, Ermənistan parlamentinin vitse-spikeri Lena Nazaryan “Sputnik-Armeniya”ya müsahibəsində bildirib.
“Ermənistanın bütün qonşuları ilə uzunmüddətli və hətta daimi sülhün əldə olunmasına can atmaq lazımdır. Bu region əvvəl-axır insani sima əldə etməlidir”-deyə Nazaryan vurğulayıb.
Müharibəyə gəlincə, vitse-spiker deyib ki, cəmiyyət son 30 ildə aparılan danışıqlar prosesini tədqiq etməlidir.
“Buraxılmış səhvlərdən dərs almaq lazımdır. Əgər müharibə olubsa deməli siyasətçilər uduzub. Müharibə olmamalıdır. Sivil dünyada bütün məsələlər dinc və danışıqlar yolu ilə həll olunmalıdır”.
Nazaryanın sözlərinə görə, baş nazir Paşinyan real vəziyyəti hamıdan yaxşı təsəvvür edir və başqalarından fərqli olaraq “buludlarda uçmur”.