“Azərbaycanla Ermənistan arasında etimad tədbirlərini vacib tapşırıq hesab edirik” –

Rusiya XİN
22 Aprel 2021 - 18:35

“Hazırkı mərhələdə biz Azərbaycanla Ermənistan arasında münasibətlərdə etimad tədbirlərinin möhkəmlənməsini, Cənubi Qafqazın dayanıqlı inkişafı üçün şərtləri təmin edəcək müsbətyönümlü iqtisadi gündəliyin formalaşdırılmasını vacib tapşırıq hesab edirik”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edib ki, müharibənin fəsadlarını, o cümlədən, psixoloji fəsadlarını geridə qoymaq çətindir: “Bir çoxları nəticələrlə razı deyil. Kimi bunun davam etməsini, kimi də revanş istəyir. Amma məqsəd budurmu? Sualın cavabı aydındır – Xeyr!”.