“Azərbaycanla sərhəd demarkasiyasının başlanması çox mühümdür” –PAŞİNYAN

“Ermənistan imzalanmış 9 noyabr və 11 yanvar bəyanatlarında qeyd olunmuş razılaşmaların reallaşmasına sadiqdir. Bizə regional nəqliyyat dəhlizlərinin açılması ilə bağlı konkret qərarlara gəlmək üçün lazımi şəraitin yaradılması çox mühümdür”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zasla görüşü zamanı deyib.

“Bizim üçün Azərbaycanla sərhədlərin demarkasiyası və delimitisasiyası üzrə prosesin başlanması çox mühümdür. Bunun üçün konkret şəraitin yaradılması lazımdır. Biz KTMT çərçivəsində və Rusiya ilə üçtərəfli formatda bunun üzərində sıx işləyirik”.  

Paşinyan deyib ki, sərhəddə yaranmış böhrandan siyasi yolla çıxmaq üçün imkanlar var: “Ümid edirəm ki, KTMT çərçivəsində biz konkret qərarlar əldə etməyə nail olacağıq”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Jirinovski Bəxtiyar Vahabzadənin oğlunu məhkəmə ilə hədələdi:

Sonrakı məqalə

“Ermənistan Rusiyanın əsas müttəfiqidir” –