“Ermənistan Rusiyanın əsas müttəfiqidir” –Şoyqu Karapetyana dəstək vəd etdi

“Rusiya Ermənistanla hərbi sahədə həm ikitərəfli formatda, həm də KTMT çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir”.

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada Ermənistan müdafiə naziri Arşak Karapetyanla görüşdə deyib.

S. Şoyqunun sözlərinə görə, Moskva Ermənistan ordusunun modernləşdirilməsi və orduda islahatların aparılmasına köməyini davam etdirməyə hazırdır.

Ermənistanı Rusiyanın müttəfiqi adlandıran Sergey Şoyqu Ermənistanı Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasında Rusiyanın əsas müttəfiqi və tərəfdaşı adlandırıb: “Biz bu bölgədə sabitliyin qorunmasında son dərəcə maraqlıyıq”.

Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının yerləşdiyini xatırladan rusiyalı nazir bu hərbi bazanın yaxşı təchiz edildiyini və təhlükəsizliyin qarantı olduğunu əlavə edib.

Ermənistanın müdafiə naziri Arşak Karapetyan isə öz növbəsində bildirib ki, Rusiya hazırda erməni xalqının təhlükəsizliyini təmin edən yeganə dövlətdir.

“Bu gün Rusiya təkcə Dağlıq Qarabağa deyil, həm də birbaşa Ermənistan sərhədlərində təhlükəsizlik məsələlərinə diqqət göstərir. Biz sıx və səmərəli əməkdaşlığa hazırıq”, -deyə erməni nazir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycanla sərhəd demarkasiyasının başlanması çox mühümdür” –

Sonrakı məqalə

Şadlıq evlərində hansı qaydalara əməl etmək lazımdır? –