“Azərbaycanla sərhəddə rus sərhədçiləri duracaq, qərar verilib” –

Ermənistan Təhlükəsizlik Şurasının katibi
29 İyun 2021 - 12:20

“Ermənistan Azərbaycanla sərhədin delimitasiyası barədə Rusiya ilə intensiv danışıqlar aparır. Rus ordusu sovet dövründəki sərhəddə dayanacaq”.

Azpost.info bildirir ki, bu barədə Ermənistanın Təhlküəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində bildirib.

Onun sözlərinə görə, son zamanlarda Zəngəzurda Azərbaycan ordusu ilə hər hansı bir hadisə qeydə alınmayıb.

“Biz məsələnin həlli yolundayıq. Rusiyanın sərhəd qoşunları sərhəddə yerləşəcək. Daha sonra demarkasiya və delimitasiya olacaq. Bundan sonra Ermənistan və Azərbaycanın sərhədçiləri sərhəddə duracaq”-deyə o vurğulayıb.

Qriqaryanın sözlərinə görə, əgər Ermənistanın öz qüvvələri çatmasa həmin ərazilərdə rus ordusu yerləşəcək: “Qəti qərar belədir ki, rus sərhədçiləri sərhəddə duracaq”.