Ağadadaş Ağayev sağalıb, bu gün Türkiyədən Bakıya qayıdır-AÇIQLAMA

Türkiyədə müalicə olunan xalq artisti Ağadadaş Ağayev bu gün Azərbaycana qayıdır. 

Azpost.info bildirir ki, bu barədə teleaparcı Hacı Nuran bildirib. Onun sözlərinə görə, 2 aydır qardaş ölkədə müalicə alan sənətkar sağlığına qovuşub. “Azərbaycan Respublikasının xalq artisti Ağadadaş Ağayev bu gün Vətənə qayıdır. Özü də sağlam, gümrah … Allahın köməyi ilə tibb elmi möcüzə yaratdı.  Dəfələrlə əməliyyat olunan sənətkar ölümə baş əymədi. Göydə Allahın, yerdə xalqın duası nəticəsində sağaldı”-deyə o vurğulayıb.

Qeyd edək ki, xərçəng xəstəliyi diaqnozu ilə Türkiyəyə aparılan A.Ağayev 2 dəfə əməliyyat olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qusarda falçı qadın tutuldu, ərinin maşınından avtomat çıxdı –

Sonrakı məqalə

“Azərbaycanla sərhəddə rus sərhədçiləri duracaq, qərar verilib” –