Azərbaycanlı Brüs Li 30 ildən sonra anasına qovuşdu –VİDEO

1987-ci ildə Olqa Derbedeneva Azərbaycan vətəndaşı Ələddin Kərimovla tanış olanda əmin idi ki, bu onun həyatının eşqidir. İki il sonra cütlüyün Brüs Li adlı oğlu dünyaya gəlir.

Daha bir il sonra Ələddin oğlunu götürərək Rusiyanı tərk edib.

Bütün bu illər ərzində qadın uşağını tapmaq üçün axtarışlar aparıb. Olqa Derbedeneva 30 ildən sonra Rusiyanın “Birinci kanal”ında yayımlanan proqram sayəsində oğlunu tapmağa müvəffəq olub.

Məlum olub ki, Ələddin Kərimov oğlunu Azərbaycana apardıqdan sonra onun adını Bəxtiyar adı ilə dəyişdirib və anasının qatarın altında qalaraq öldüyünü deyib.

Ana və oğul 30 ildən sonra ayrılığa son qoyaraq görüşə biliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ötən il Azərbaycan vətəndaşları Türkiyədə 1,1 mindən çox daşınmaz əmlak alıb

Sonrakı məqalə

Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirini qəbul edib