“Azəriqaz” COP 29-la əlaqədar gücləndirilmiş iş rejiminə keçib

COP29 tədbiri ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyi konfrans keçirilən dövrdə təbii qaz təchizatı ilə bağlı xidmətin yüksək səviyyədə təşkilinin təmin edilməsi, bu istiqamətdə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə qurumdan bildirilib.

Belə ki, sessiya keçirilməsi planlaşdırılan ərazilərdə yerləşən istilik qazanxanalarının və digər obyektlərin qaz təchizatının fasiləsiz, təhlükəsiz təmin edilməsi, yeraltı və yerüstü qaz xətlərinə, eləcə də qaz avadanlıqlarına nəzarətin gücləndirilməsi məqsədi ilə cari ayın 01-dən etibarən ayın sonunadək “Azəriqaz” İB-nin İdarəetmə aparatında, Bakı Regional Qazın İstismarı və Bakı Regional Qazın Satışı Departamentlərində, habelə Regional qaz istismarı İdarələrində və Sumqayıt qaz istismarı Sahəsində rəhbər və məsul işçilərdən ibarət növbətçilik təşkil edilib. Sessiya keçiriləcək müddətdə qaz şəbəkəsində qazın təzyiqinin sutkalıq rejimin tələbatına uyğun saxlanılması, mənzillərdə və ictimai-iaşə obyektlərində qaz xətlərinə, qaz avadanlıqlarına növbədənkənar texniki baxışların keçirilməsi üçün gücləndirilmiş iş rejimində tədbirlərin görülməsi təmin edilir.

Əvvəlki məqalə

Şəhidlərin tələbə övladları Milli Məclisdə olublar

Sonrakı məqalə

Gürcüstan ABŞ və Aİ ilə münasibətlərin bərpası üçün əlindən gələni edəcək