“Ramiz Mehdiyevə məxsus fərdi yaşayış evinə verilən mavi yanacağın kəsilməsi və cərimə yazılması ilə bağlı Birliyə heç bir məlumat daxil olmayıb”.
Azpost.info bildirir ki, bu sözləri “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib.
Onun sözlərinə görə, media səhifələrində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə məxsus fərdi yaşayış evinə verilən mavi yanacağının “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən kəsilməsi ilə bağlı məlumatlar dərc olunur: “Göndərilən sorğularınıza, edilən müraciətlərinizə cavab olaraq bildiririk ki, Mehdiyevə məxsus fərdi yaşayış evinə verilən mavi yanacağın kəsilməsi və cərimə yazılması ilə bağlı Birliyə heç bir məlumat daxil olmayıb”.