“Azəriqaz”dan Ramiz Mehdiyevin evində qazın borca görə kəsilməsi xəbərinə reaksiya

Ramiz Mehdiyevə məxsus fərdi yaşayış evinə verilən mavi yanacağın kəsilməsi və cərimə yazılması ilə bağlı Birliyə heç bir məlumat daxil olmayıb”.

Azpost.info bildirir ki, bu sözləri “Azəriqaz”ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib.

Onun sözlərinə görə, media səhifələrində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə məxsus fərdi yaşayış evinə verilən mavi yanacağının “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən kəsilməsi ilə bağlı məlumatlar dərc olunur: “Göndərilən sorğularınıza, edilən müraciətlərinizə cavab olaraq bildiririk ki, Mehdiyevə məxsus fərdi yaşayış evinə verilən mavi yanacağın kəsilməsi və cərimə yazılması ilə bağlı Birliyə heç bir məlumat daxil olmayıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nikol Paşinyan məzuniyyətə çıxdı

Sonrakı məqalə

Azad edilmiş ərazilər üzrə Əlaqələndirmə Qərargahının işçi qrupu toplandı