Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

“Azər-Türk Bank” dörd ildir ki, büdcəyə dividend ödəməkdən yayınır

Orkhan Ali 27 May 2025 - 11:03 (Last updated: 27 May 2025 - 11:03)
AzərTürkbank

AzərTürkbank

Dövlətə məxsus ikinci böyük bank – “Azər-Türk Bank” ASC artıq dörd ildir ki, ili mənfəətlə başa vurmasına baxmayaraq büdcəyə dividend ödəməkdən yayınır.
Valyuta.az xəbər verir ki, Hesablama Palatası dəfələrlə bu məsələ ilə bağlı öz iradını bildirib.
Belə ki, “Azər Türk Bank”ın xalis mənfəətinin 2021-ci ildə 0,5 mln. manat, 2022-ci ildə 12.1 mln. manat təşkil etməsinə baxmayaraq, 2021-2022-ci illərdə və 2023-cü ilin 8 ayı ərzində dövlət büdcəsinə dividend ödənişi həyata keçirilməyib.
Hətta Palata qeyd edib ki, 2023-cü il 01 yanvar tarixinə bankın 14.7 mln. manat bölüşdürülməmiş mənfəəti mövcud olub.
Bundan sonra 2023-cü ildə Bankın dövlət büdcəsi qarşısında 1 milyon manat öhdəlik proqnozlaşdırılıb. Amma bank bu tələbi də yerinə yetirməyib. Belə ki, “Azər-Türk Bank” 2023-cü ildə 15,7 milyon manat xalis mənfəət əldə etməsinə baxmayaraq, 2024-cü il üçün dövlət büdcəsinə heç bir dividend ödənişi etməyib.
Başqa sözlə, dövlət bankının bu cür davranışı və büdcə qarşısında öhdəliklərini icra etməməsi suallar və şübhələr doğurur. Bu məsələ ilə bağlı ali audit qurumu olan Hesablama Palatası da təəccübünü gizlətmir. Bildirilir ki, bəzi dövlətə məxsus müəssisələrin gəlirlilik potensialı nəzərə alınmır və büdcə imkanları tam istifadə olunmur.
Qeyd edək ki, ATB-dən fərqli olaraq əsas dövlət bankı ABB büdcə qarşısında öhdəliklərini icra edir. Bank 2024-cü il üzrə büdcəyə proqnozdan 13% çox, yəni 169,4 milyon manat dividend ödəyib.
Xatırladaq ki, 1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. Səhmlərin 12,4%-i “Ziraat Bank”a, 11%-i “Ziraat Bank International”a, 11,5%-I isə keçmiş maliyyə naziri Samir Şərifova məxsus olduğu deyilən  “AzRe Reinsurance” və “Qala Həyat” sığorta şirkətlərinə məxsusdur.

AzPost.az

Post navigation

Previous: Bələdiyyələr ayrılan dövlət vəsaitini hara xərcləyib?
Next: “Xesatop LL” şirkətinin rəhbəri ölkədən çıxa bilmir

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
Hər bir foto ömrün bir anını saxlayır. Azpost.info “FOTOXRONİKA” rubrikasında təqdim etdiyi şəkildə sovet Azərbaycanında fəaliyyət göstərmiş...
Read more about Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA
Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb rus-ukr-danisiq
  • Dünya

Rusiya nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb

User 09 Noyabr 2026 - 21:43
Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03
Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir? konserva
  • Sosial

Balıq konservi alarkən bu səhvi etməyin – Hansı balıqlar ürək üçün təhlükəlidir?

User 09 Noyabr 2026 - 17:47
Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib sucedin
  • Ölkə

Tanınmış jurnalist Sücəddin Şərifovun atası vəfat edib

User 09 Noyabr 2026 - 17:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.