Azərbaycan əhalisinin sayı açıqlanıb

İlin əvvəlindən ölkə əhalisinin sayı 7 994 nəfər və ya 0,1 faiz artaraq 2021-ci il mart ayının 1-i vəziyyətinə 10 127 127 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunub ki, bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub.

Əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1002 qadın düşür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə
Sonrakı məqalə

“TURKUAZ” layihəsi çərçivəsində ilk konteyner qatarı Bakıya çatıb