“TURKUAZ” layihəsi çərçivəsində ilk konteyner qatarı Bakıya çatıb

“TURKUAZ” layihəsi çərçivəsində ilk ekspress konteyner blok qatarı Bakıya çatıb.

 Verilən məlumata görə, test qatarı hər biri 45 futluq olmaqla 21 konteynerdən  ibarətdir. Qatarla Türkiyədən ölkəmizə 588 ton yük  gətirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-nin  Türkiyə və Gürcüstandan olan tərəfdaşları ilə birgə hazırladığı yeni logistik məhsul – “TURKUAZ” ekspress konteyner qatarı həftədə iki dəfə olmaqla İstanbul (Asiya hissəsindən) və Mersin ətrafından  Bakıya və əks istiqamətdə yükdaşımalar həyata keçirəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan əhalisinin sayı açıqlanıb

Sonrakı məqalə

Baş epidemioloq: “Gürcüstanda koronavirusun üçüncü dalğası başlayıb”