Azərbaycan əsgərləri Cıdır düzündə yallı getdilər –"Nə oldu Paşinyan, rəqs edirdin?!" (VİDEO)

Azərbaycan əsgərləri Qarabağın incisi Şuşanın Cıdır düzündə yallı gediblər.

Bu barədə video sosial şəbəkələrdə yayılıb.

Xatırladaq ki, əsgərlərimizin rəqs etdiyi yerdə vaxtilə sərxoş Nikol Paşinyan yallı getmişdi. Prezident İlham Əliyev xalqa müraciətində bu barədə danışarkən demişdi: Ermənistanın baş naziri gedib Şuşada, Cıdır düzündə rəqs edir, hesab edir ki, biz bununla barışacağıq?! Səhv edir! Heç vaxt biz bununla barışmayacağıq… Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!

Vətən savaşının başladığı ilk gündən cəsarətli, prinsipal və ardıcıl mövqeyini ortaya qoyan Müzəffər Ali Baş Komandan İlham Əliyev “Şuşasız bizim işimiz yarımçıq qalar” söyləmişdi və verdiyi bütün vədlər kimi, bu vədini də ən qısa müddətdə yerinə yetirdi. Şanlı Azərbaycan Ordusunun işi yarımçıq qalmadı, şəhidlərimizin qanı ilə boyanan müqəddəs bayrağımız noyabrın 8-də Şuşa qalasına sancıldı. Azərbaycan Ordusu bununla bir daha sübut etdi ki, bu torpaqların əsl sahibləri azərbaycanlılardır!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin Prezident İlham Əliyevlə telefonla danışdı –

Sonrakı məqalə

Paşinyanı öldürmək istəyən qrup saxlanıldı –