Putin Prezident İlham Əliyevlə telefonla danışdı –YENILƏNİB

Noyabrın 14-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Telefon söhbəti zamanı Dağlıq Qarabağa dair üçtərəfli bəyanatda təsbit edilmiş razılaşmaların yerinə yetirilməsinin praktiki aspektləri müzakirə edilib.

Tərəflər atəşkəs rejiminə riayət edilməsindən və təmas xəttində vəziyyətin kifayət qədər sakit olmasından məmnun olduqlarını bildiriblər.

Telefon söhbəti zamanı Rusiya Prezidenti qeyd edib ki, üçtərəfli bəyanata müvafiq olaraq Azərbaycan Respublikasına qaytarılan rayonlarda xristian məbədləri və monastırları yerləşir. Bununla əlaqədar o, həmin ibadətgahların qorunub saxlanılmasının və normal fəaliyyətinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir, burada bütün xalqların və bütün dinlərin nümayəndələrinin hüquq və azadlıqları tam təmin edilib.

Azərbaycan ərazisində yerləşən qədim müsəlman və xristian ibadətgahları dövlət tərəfindən mühafizə olunur.

Prezident İlham Əliyev bildirib ki, üçtərəfli bəyanata müvafiq olaraq Azərbaycana qaytarılan ərazilərdə yerləşən xristian məbədləri dövlət tərəfindən lazımi qaydada mühafizə olunacaq. Azərbaycanda yaşayan xristianlar bu məbədlərdən istifadə edə biləcəklər.

**

Rusiya prezidenti Putin Azərbaycan prezidenti İlham Əliyevə telefonla danışıb.

Azpost.info bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Putin və İlham Əliyev atəşkəs haqqında sazişin aspektlərini müzakirə ediblər.

Atəşkəs rejiminə riayət edilməsindən razılıq edilib.

Putin İlham Əliyevlə söhbətdə Azərbaycana qaytarılan rayonlarda xrisitan məbədləri və monastırın mühafizəsinin təmin olunması ilə bağlı məsələyə toxunub.

Prezident İlham Əliyev Azərbaycanın bununla bağlı bütün zəruri tədbirləri görəcəyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Vətəndaşlar Prezidentə yazırlar:

Sonrakı məqalə

Azərbaycan əsgərləri Cıdır düzündə yallı getdilər –