Azərbaycan əsilli məşhur fransız kino aktyoru Rober Hosseinlə vida mərasimi keçirilib –FOTO

Parisin Sən-Sülpis (Saint-Sulpice) kilsəsində Azərbaycan əsilli fransız rejissor və aktyor Robert Hosseinlə vida mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Rober Hosseynin vida mərasimində Fransanın birinci xanımı Brijit Makron, mədəniyyət naziri Rozelin Başlo, sabiq mədəniyyət naziri Cak Land, aktrisa İzabel Acani, Brijit Bardo, sineast Jak Veber, Fransanın siyasi, iqtisadi və incəsənət xadimləri iştirak ediblər.

Vida mərasimində iştirak edənlər çıxış edərək, Rober Hosseynlə bağlı xatirələrini bölüşüb, onun istedadından söz açıblar və sənətkarın ailə üzvlərinə başsağlığı veriblər.

Rober Hosseynin oğlu Pyer Hosseyn atasının çox sevib rəğbət bəslədiyi tarda ifa edərək onun xatirəsinə ehtiramını bildirib. İkinci oğlu Jülyən Hosseyn isə atasının xatirəsinə “Sevgi heç vaxt tükənmir” mətnini səsləndirib. Rober Hosseynin həyat yoldaşı Kandis Patu yazıçı Frederik Dardın Rober Hosseynə 1976-cı ildə ünvanladığı məktubu oxuyub.

Məşhur rejisor və aktyorla milli vida mərasimi yerli vaxtla axşam saat 17:00-də başa çatıb.

Qeyd edək ki, Rober Hosseyn 2020-ci il dekabrın 31-də vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qarabağ artıq öz sahiblərinin nəzarətindədir” –

Sonrakı məqalə

“Fənərbaxça” Türkiyə kuboku ilə vidalaşıb