“Azərbaycan Aİ-nin enerji diversifikasiyasında önəmli rola malikdir” –Komissar

“Bakıda görüşlərimizdə strateji məsələlər, enerji tərəfdaşlığı barədə danışdıq”.

Bunu Azərbaycana səfərini başa vuran Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi deyib.

Cənab Varhelyi qeyd edib ki, Azərbaycan Aİ-nin enerji diversifikasiyasında önəmli rola malikdir: “Biz, həmçinin, əməkdaşlığın növbəti mərhələləri barədə də danışdıq, “yaşıl enerji”, alternativ enerji sahəsində əməkdaşlığı müzakirə etdik. Azərbaycan tərəfinin də bizimlə əməkdaşlıqda maraqlı olduğunu görməyə şadam.

Kənd təsərrüfatı sahəsində Aİ-nin təcrübəsi Azərbaycanda istifadə oluna bilər və bu çox faydalı olar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İqtisadi və İnvestisiya Planı ilə regiona dəstək olacağıq” –

Sonrakı məqalə

Azərbaycan, Türkiyə və Gürcüstan birgə təlim keçirəcək