Ali məktəblərimizə qəbul olan əfqan tələbələr ölkəyə necə gələcək? –RƏSMİ

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov Azərbaycana qəbul olan əfqan tələbələrin ölkəyə necə gəlməsi məsələsinə münasibət bildirib.

T.Əhmədov bildirib ki, orada sərhədlər bağlıdır, səfirliklərin çoxunun fəaliyyəti məhdudlaşdırılıb: “Biz hazırda Əfqanıstanın müvafiq təmsilçiliyi ilə Azərbaycana qəbul olan əfqan tələbələrin ölkəyə necə gələcəyini araşdırırıq. Əfqan tələbələrin bir hissəsi ölkəmizdədir. Amma bizi daha çox yeni qəbul olunan tələbələr maraqlandırır. Məsələn, Azərbaycan Dillər Universiteti 10 yeni əfqan tələbə cəlb edibsə, onlar ölkəyə necə gələcək? Hazırda Əfqanıstan Azərbaycanla sərhədi açıq olan 42 ölkə sırasında deyil. Biz hətta Afrikanın hansısa ölkəsindən qəbul olan 1 tələbənin də gəlməyində maraqlıyıq, çünki xarici tələbənin cəlb edilməsi eyni zamanda investisiyadır. Çünki burada yaşayır, pul xərcləyir. Bu konteksdə hələ ki, bizə dəqiq məlumat verilməyib. Biz bilmirik ki, onlar gələ biləcək, ya yox, gəlsə, hansı şərtlərlə gələcək və nə vaxt gələcək. Ona görə də biz gözləmə mövqeyindəyik”.

Şöbə müdiri, eyni zamanda, deyib ki, Azərbaycandan Əfqanıstana təhsil almaq üçün gedən tələbə yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Naxçıvanda qanunsuz yaşayan 58 əcnəbi miqrant aşkar edilib –

Sonrakı məqalə

Putin Dövlət Dumasına seçkilərdə onlayn formatda səs verəcək