Azərbaycan bu il Avropaya 550 mln. kubmetrdən çox qaz ixrac edib

Bu ilin yanvar-mart aylarında Azərbaycan Avropaya 114 157,79 min ABŞ dolları dəyərində 552 580,88 min kubmetr həcmində qaz ixrac edib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin açıqladığı göstəricilər əsasında apardığı hesablamalarına görə, Avropaya ixrac edilən qazın 435 014,35 min kubmetri (1 949,05 min dollar dəyərində) İtaliyanın payına düşüb.

Bundan əlavə, hesabat dövründə Azərbaycan Yunanıstana 57 848,05 min kubmetr (16 212,32 min dollarlıq), Bolqarıstana isə 59 718,48 min. kubmetr (8 034,33 min dollarlıq) həcmində qaz ixrac edib.

Bununla yanaşı, hesabat dövründə Azərbaycan Türkiyəyə 548 955,64 min dollarlıq 4 118 611,23 min kubmetr qaz ixrac edib. Yanvar-mart aylarında Azərbaycan Gürcüstana 203 954,3 min dollar dəyərində 1 494 258,33 min kubmetr qaz nəql edib.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya Trans-Adriatik qaz kəməri (TAP) ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) ilə “mavi yanacağın” kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb.  Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Altı ay komada qalan Vətən müharibəsi qazisi şəhid olub

Sonrakı məqalə

Prezident İlham Əliyev yenidən qurulan “Hövsan” və “Maştağa” yarımstansiyalarının açılışını edib –