Azərbaycan çempionu 36 yaşında vəfat etdi –FOTO

Çində doktorantura təhsili alan azərbaycanlı idmançı Sadiq Həsənov vəfat edib.

O, bu gün Bakı şəhərindəki yaşadığı evində xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun cənazəsi sabah doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, Sadiq Həsənağa oğlu Həsənov 1985-ci ildə Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. O, ilk ali təhsilini Sumqayıt Dövlət Universitetininin tarix fakültəsində alıb, sonradan Çinin Pekin İdman Universitetində dövlət hesabına magistr təhsilini davam etdirib. S.Həsənov vəfat edənə qədər həmin universitetin doktorantı idi.

Bir neçə ay əvvəl səhhətində yaranan ciddi problemlər səbəbindən Azərbaycana qayıtmışdı və müalicə olunurdu. Həkimlər onun xərçəng xəstəliyinə tutulduğunu bildirmişdi. S.Hesenov Azərbaycanı ndünyada təmsil edən idmançılardan biri idi. O, uzun illər idmanın kiqboksinq, tayboks, uşu-sanda, qaydasız döyüş növləri ilə məşğul olub və dəfələrlə ölkə çempionu olub, yüksək mükafatlar qazanıb.

Eyni zamanda, uşu üzrə Azərbaycan çempionatının qalibi olub. Dəfələrlə Çində Azərbaycanı bir neçə idman növləri üzrə layiqincə təmsil edib. Sadiq idmanla yanaşı paralel olaraq fitneslə də məşğuliyyətini davam etdirib. Çində dəfələrlə fitnes-model yarışlarının qalibi olub. Bundan əlavə, Çində döyüş səhnələrindən bəhs olunan onlarla filmdə oynamaq üçün dəvət alıb və obrazlarını da canlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Britaniyada yaşayan Avropa İttifaqı vətəndaşlarının sayı 200 min azalıb

Sonrakı məqalə

Respublika Klinik Uroloji Xəstəxanasına yeni direktor təyin olunub