Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Azərbaycan Əfqanıstanda qadınlar üçün xalçaçılıq mərkəzi açıb

User 21 İyul 2025 - 16:25 (Last updated: 21 İyul 2025 - 16:25)
xalca01

20 iyul tarixində Kabil şəhərində Azərbaycan Respublikasının Əfqanıstandakı səfiri İlham Məmmədovun iştirakı ilə “Ənənəvi Əfqan Sənətkarlığının İnkişafı üçün Xalçaçılıq üzrə Tədris Mərkəzi”nin açılışı baş tutub.

Məşğulluğun artırılması və ənənəvi əfqan sənətlərinin qorunması məqsədini daşıyan layihə Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) maliyyə dəstəyi, habelə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əfqanıstandakı nümayəndəliyi və Əfqanıstanın Əmək və Sosial Təminat Nazirliyinin tərəfdaşlığı ilə ərsəyə gəlib.

 

Tədbirdə Əfqanıstanın əmək və sosial təminat nazirinin müavini Əlhac Mavlavi çıxış edərək Azərbaycan və İƏT-ə ölkəsi adından təşəkkür edib, habelə layihənin əfqan əl sənətinin qorunmasına, təşviqinə və inkişafına xidmət edəcəyini vurğulayıb.

 

İƏT-in Əfqanıstandakı nümayəndəsi səfir Mohammad Saed əl-Ayyaş Azərbaycan tərəfinin dəstəyi ilə yaradılmış peşə məktəbinin aztəminatlı əfqan ailələrinə dəstək olacağını, eləcə də layihənin İƏT üzv ölkələri arasında həmrəyliyə xüsusi töhfə verdiyini qeyd edib.

 

Səfir İ.Məmmədov ölkəmizin Əfqanıstanda artıq bir neçə layihə icra etdiyini diqqətə çatdırıb, bu kimi təşəbbüslərin davam etdirilməsinin nəzərdə tutulduğunu bildirib.

 

Azərbaycan-Əfqanıstan dostluq əlaqələrindən, eləcə də İƏT çərçivəsində həmrəyliyin əhəmiyyətindən danışan natiqlər Azərbaycanın 2026-cı ildə İƏT Dövlət və Hökumət Başçıları Zirvəsinə sədrlik etməsinin xüsusi önəm daşıdığını qeyd ediblər.

Tədris mərkəzi dörd emalatxanadan ibarətdir və 20 ədəd xalça toxuculuğu dəzgahı, zəruri alətlər və bir illik xammal ehtiyatı ilə təchiz olunub. Mərkəzdə eyni vaxtda 80 qadının təlim keçməsi nəzərdə tutulur.

AzPost.az

Post navigation

Previous: Cəlilabadda balıqların kütləvi ölümü ilə bağlı araşdırma aparılır
Next: “Süni intellekt və sahibkarlıq” kitabçasının təqdimatı olub

Oxşar xəbərlər

tramp tiktok
  • Dünya

Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı

User 13 Noyabr 2026 - 23:53
vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
putin
  • Dünya

Putinin Ukraynanı məğlub etmək üçün 4 planı var – ikisi artıq iflasa uğrayıb

User 13 Noyabr 2026 - 19:23

xƏBƏR

tramp tiktok
  • Dünya

Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı

User 13 Noyabr 2026 - 23:53
ABŞ Prezidenti Donald Tramp xarici bayraq altında üzən gəmilərin Amerika limanları arasında neft, yanacaq və gübrə daşımasına...
Read more about Tramp ABŞ limanlarında xarici gəmilərlə yükdaşıma icazəsini uzatdı
“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir top misli
  • Sosial

“Misli”nin pisliyi – Müştərilərin uduşunu ödəmir

User 13 Noyabr 2026 - 23:12
Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı sukut
  • Maraqlı

Stressdən qurtulmaq üçün bahalı istirahətə ehtiyac yoxdur – alimlər səbəbini açıqladı

User 13 Noyabr 2026 - 21:15
50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ e08
  • Mədəniyyət

50 İLİN HEKAYƏSİ – 30 İLİN SƏSİ

User 13 Noyabr 2026 - 20:52
Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina vens
  • Dünya

Vens 2028-ci ildə prezidentliyə namizəd olmaq istəmir -Trampın varisliyindən imtina

User 13 Noyabr 2026 - 19:57
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.