“Azərbaycan İran maşınlarını yoxlamaqla düzgün edir” –PAŞİNYAN

“Yeni hərbi gərginlikdən qaçmaq üçün Ermənistan silahlı qüvvələri 2020-ci ilin dekabrında sovet Ermənistanının sərhədlərinə çəkilib. Bununla həm də, sovet dövründən qalmış inzibati sərhəd dövlət sərhədinə çevrilib”.

Bu sözləri Baş nazir Nikol Paşinyan İrana məxsus yük maşınlarının Gorus-Qafan avtomobil yolunun Azərbaycan ərazisindən keçən hissəsində Azərbaycan polisi tərəfindən yoxlanılması ilə bağlı sualı cavablandırarkən söyləyib.

N.Paşinyan deyib ki, Gorus-Qafan avtomobil yolu iki yerdə Ermənistan Respublikası və ya sovet Ermənistanı ərazisindən çıxır. Məhz buna görə də məlum rayonlarda hamının gördüyü lövhələr quraşdırılıb və dayaq məntəqəsi yaradılıb.

Ermənistanın baş naziri deyib: “2020-ci ilin dekabrında bu yoldan nəqliyyat vasitələrinin tranzit kimi istifadə edilməsinə dair razılıq əldə olunub. Lakin, həmin sənəddə xarici ölkələrə məxsus yüklərin daşınması nəzərdə tutulmayıb. Buna görə də, hesab edirəm ki, bu şəraitdə Azərbaycan tərəfi həmin məqamdan düzgün istifadə edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bayden görüş zamanı Avstraliya baş nazirinin adını unudub

Sonrakı məqalə

Rusiyada təqaüdçünü zorlayaraq öldürən miqrantlar həbs edilib