Azərbaycan UEFA Millətlər Liqasına məğlubiyyətlə başladı

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə mübarizəyə başlayıb.

“Report”un məlumatına görə, C liqasının I qrupunda yer alan Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Lüksemburq seçməsini qəbul edib. Görüş yığmanın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Matçın 26-cı dəqiqəsində Mahir Emreli qırmızı vərəqə alaraq komandasını meydanda azlıqda qoyub. Buna baxmayaraq, milli ilk hissənin sonlarına yaxın hesabı açmağa nail olub. 43-cü dəqiqədə Namiq Ələsgərovun sağ cinahdan ötürməsini Ramil Şeydayev başla qapıdan keçirib. Birinci yarı bu hesabla başa çatıb.
İkinci hissənin əvvəlində qonaqlar tarazlığı bərpa ediblər. 48-ci dəqiqədə Anton Krivotsyuk avtoqol müəllifi olub. 72-ci dəqiqədə isə lüksemburqlular hesabı öz xeyirlərinə dəyişiblər. Təyin olunan penaltini Gerson Rodriges dəqiq yerinə yetirib. Bu, eyni zamanda matçın yekun nəticəsi olub.
Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu sentyabrın 8-də səfərdə Kipr seçməsinə qarşı keçirəcək.

**

UEFA Millətlər Liqasının I turunun Azərbaycan – Lüksemburq oyununda 3-cü qol vurulub.

72-ci dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirən qonaqların oyunçusu Gerson Rodriges komandasını hesabda önə çıxarıb.

**

UEFA Millətlər Liqasının I turunun Azərbaycan – Lüksemburq oyununda hesab dəyişib.
Qonaqlar 48-ci dəqiqədə tarazlığı bərpa ediblər.
Anton Krivotsyuk avtoqol müəllifi olub.

**

Azərbaycan-Lüksemburq oyununda hesab açılıb.

Ramil Şeydayev oyunun 42-ci dəqiqəsində millimizi hesabda önə çıxarıb. 1:0

**

Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının 2020/2021 mövsümündə mübarizəyə başlayıb.

Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakı Olimpiya Stadionunda Lüksemburq seçməsini qəbul edir.

C liqasının I qrupunun digər matçında isə Kipr və Monteneqro yığmaları üz-üzə gəlirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Banqladeşdə məsciddə baş vermiş partlayış qurbanlarının sayı 21-ə çatıb

Sonrakı məqalə

Koronavirus peyvəndinin satış qiyməti açıqlandı