Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Azərbaycan MDB-nin Moskvadakı iclasında iştirakdan imtina edib

User 18 İyul 2025 - 18:20 (Last updated: 18 İyul 2025 - 15:45)
mdb

Azərbaycan MDB-nin İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirakdan imtina edib.

Bu barədə məlumatlı mənbə bildirib.

Qeyd edək ki, adətən MDB iclaslarında Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir.

“Yaqub Eyyubov sözügedən tədbirdə iştirak etməyəcək. İmtinanın səbəbi Yekaterinburqda baş verən son hadisələr, AZAL-a məxsus təyyarənin vurulması və bu məsələlərin tənzimlənməsi üçün Rusiya tərəfinin lazımi addımlar atmaq istəməməsidir”, – mənbə qeyd edib.

Qeyd edək ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərdə reydlər keçirib. Reydlər zamanı azərbaycanlı qardaşlar – Ziyəddin və Hüseyn Səfərovlar qətlə yetirilib, bir neçə nəfər saxlanılıb.

Azərbaycan XİN rəsmisi bu məsələni şərh edərkən bildirib ki, Yekaterinburq şəhərində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri Azərbaycanın haqlı etiraz və qınağına səbəb olub.

AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı insidentə gəlincə, Azərbaycan Rusiyadan ötən ilin sonunda Rusiya hava məkanında vurulan “Azerbaijan Airlines” aviaşirkətinə məxsus təyyarə ilə bağlı faciənin tam və şəffaf şəkildə araşdırılmasını, məsul şəxslərin müəyyən edilərək cəzalandırılmasını və zərərçəkənlərə təzminatın ödənilməsini gözləyir.

Azərbaycan Xarici İşlər Nazirliyinin əvvəlki bəyanatında bildirilib ki, zəruri addımların atılmaması, hadisələrin həqiqi mahiyyətinin təhrif edilməsinə cəhdlər, eləcə də Rusiyanın rəsmi şəxsləri və KİV-ləri tərəfindən “Azerbaijan Airlines” aviaşirkətinə məxsus təyyarənin vurulmasından sonra Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyası qəbuledilməzdir.

Ölkəmizin bu fəlakətlə bağlı Rusiya tərəfindən tam və şəffaf araşdırma aparılmasını, təqsirkarların müəyyənləşdirilərək, məsuliyyətə cəlb olunmasını, zərərçəkənlərə kompensasiya ödənilməsini gözlədiyi, bu addımların ikitərəfli münasibətlərdəki mənfi əhval-ruhiyyənin aradan qaldırılması üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb”, – XİN-dən bildirilib.

AzPost.az

Post navigation

Previous: Süni intellekt insanların düşüncəsinə necə təsir edir?
Next: 6 ayda 100 milyon manatdan çox narkotik dövriyyədən çıxarılıb

Oxşar xəbərlər

britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
putin uitkof
  • Dünya

Putin ABŞ-dan Avropaya təsir göstərməyi istədi – “Sülh, yoxsa müharibə?”

User 12 Noyabr 2026 - 20:16
rus ordu seferberlik
  • Dünya

Rusiyanın Ukraynada itkiləri 230 minə çata bilər – Məxfi məlumatlar üzə çıxdı

User 12 Noyabr 2026 - 19:57

xƏBƏR

azeri britani
  • Baş Yazı

Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı

User 12 Noyabr 2026 - 23:26
Azərbaycan Respublikası və Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bəyannaməni Azərbaycan Prezidenti İlham Əliyev və...
Read more about Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı
Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü? nvida sedr
  • Sosial

Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?

User 12 Noyabr 2026 - 23:19
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb ilham yunan bas nazir
  • Siyasət

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

User 12 Noyabr 2026 - 22:49
İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP ilham pasinyan dublin
  • Baş Yazı

İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

User 12 Noyabr 2026 - 21:09
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var? britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.