Azərbaycan millisi Portuqaliya ilə qarşılaşacaq –DÇ-2022

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində II dövrə start götürəcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması VI turda Portuqaliya ilə qarşılaşacaq.

Millimiz A qrupunun favoritini evdə qəbul edəcək. Bakı Olimpiya Stadionundakı matç Canni de Byazinin yetirmələrinin doğma meydanda ikinci matçı olacaq.

Yarım il əvvəl Serbiyaya 1:2 hesabı ilə uduzan komandamız adlı-sanlı rəqibini büdrətməyə çalışacaq. Əsas ulduzu Kriştiano Ronaldo cəzalı olduğundan qonaqlar Bakıya itki ilə gəlib. Millimiz də Maksim Medvedev, Rüstəm Əhmədzadə və Anton Krivotsyukun xidmətindən məhrum olub.

Qeyd edək ki, millimiz seçmə mərhələyə Portuqaliya ilə səfər matçı ilə start verib və 0:1 hesabı ilə uduzub.

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsi
VI tur, A qrupu
7 sentyabr
20:00. Azərbaycan – Portuqaliya
Baş məşqçi: 
Marko Quida (İtaliya)
Bakı Olimpiya Stadionu

1 Serbiya 4 3 1 0 11-6 10
2 Portuqaliya 4 3 1 0 8-4 10
3 Lüksemburq 4 2 0 2 5-8 6
4 İrlandiya 4 0 1 3 4-7 1
5 Azərbaycan 4 0 1 3 3-6 1
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rüstəm Muradovun Qarabağda sülhməramlı missiyanın rəhbəri kimi xidməti bitdi

Sonrakı məqalə

Bu gündən ali məktəblərə elektron qeydiyyat başlayır