Azərbaycan millisi yenə Lüksemburqa uduzdu

Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində çıxışını başa vurub.

Apasport.az saytının məlumatına görə, Avropa zonasının A qrupunda mübarizə aparan yığmamız son oyununu evdə keçirib.

Canni de Byazinin yetirmələri IX turda Lüksemburqu qəbul edib. Bu matçadək sonuncu pilləni tutacağı rəsmiləşən millimiz elə autsayderə xas oyun nümayiş etdirib.

Tellur Mütəllimovun 21-ci dəqiqədə qırmızı vərəqə alaraq komandamızı azlıqda qoymasından sonra “cırtdanlar” meydanda daha çox hegemonluq edib.

Rəqib qarşısında aciz qalan yığmamız uzun müddət qapısının toxunulmazlığını qorusa da, ikinci hissənin ortalarında müqaviməti qırılıb. Öncə Gerson Rodriges, ardınca Sebastyan Till səviyyə fərqini ortaya qoyub. Azər Salahlının təsəlli qolu isə komandamıza heç nə verməyib. Əvəzində Rodriges dublunu rəsmiləşdirməyi də bacarıb. Bununla da Lüksemburq öz meydanında olduğu kimi Bakıda da millimizə qalib gəlib – 3:1.

Evdə keçirdiyi bütün oyunlarda uduzan yığmamız seçmə mərhələni özünə doğmalaşan sonuncu pillədə başa vurub. 1 xal toplayan komandamız AVRO-1996-da imza atdığı antirekordu ötən tsikldəki kimi yenidən təkrarlayıb.

Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər matçında Portuqaliya ilə İrlandiya qarşılaşacaq.

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu, IX tur
11 noyabr
21:00. Azərbaycan – Lüksemburq – 1:3
Qollar: 
Azər Salahlı, 83 – Gerson Rodriges, 67, 90+1, Olivye Till, 78
Qırmızı vərəqə: Tellur Mütəllimov, 21
Baş hakim: Manuel Şuttenqruber (Avstriya)
Azərbaycan: 12. Şahrudin Məhəmmədliyev, 2. Qara Qarayev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 8. Emin Mahmudov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 17. Tellur Mütəllimov, 18. Anton Krivotsyuk, 19. Filip Ozobiç
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev, 7. Namik Ələskərov, 9. Renat Dadaşov, 13. Amin Seydiyev, 14. Bəxtiyar Həsənalızadə, 15. Cəlal Hüseynov, 16. Coşqun Diniyev, 20. Mert Çelik, 21. Araz Abdullayev, 22. Rüstəm Əhmədzadə
Baş məşqçi: Canni de Byazi

Lüksemburq: 1. Ralf Şon, 2. Maksim Şanot, 8. Kristofer Martins, 9. Danel Sinani, 10. Gerson Rodriges, 11. Yvandro Borqes, 13. Dirk Karlson, 15. Olivye Till, 16. Leandro Barreyro, 17. Mika Pinto, 18. Loren Yans (k)
Ehtiyat oyunçular: 12. Tim Kips, 23. Timoti Martin, 3. Florian Bonert, 4. Kevin Malqet, 5. Vahid Selimoviç, 6. Dioqo Pimentel, 7. Erik Veyqa, 14. Mauritse Davill, 19. Aldin Skenderoviç, 20. Matias Olesen, 21. Sebastyan Till, 22. Maykl Omosanya
Baş məşqçi: Lük Holts
Bakı Olimpiya Stadionu

1 Serbiya 7 5 2 0 16-8 17
2 Portuqaliya 6 5 1 0 16-4 16
3 Lüksemburq 7 3 0 4 8-15 9
4 İrlandiya 6 1 2 3 8-8 5
5 Azərbaycan 8 0 1 7 5-18 1
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qazaxda 15 yaşlı oğlan intihar edib

Sonrakı məqalə

Azərbaycanda Konstitusiya günü qeyd olunur