“Azərbaycan Moskvadan bəyanatın icrasını tələb etməlidir” –İlham İsmayıl

Azərbaycan-Ermənistan dövlət sərhədində, istərsə də Qarabağdakı təmas xəttində baş verən atışmalar intensivləşib.

Azpost.info-nun məlumatına görə, təhlükəsizlik məsələlər üzrə ekspert İlham İsmayıl Azadlıq Radiosuna bildirib ki, bu, bizim xeyrimizə deyil: “Biz istəyirik sülh müqaviləsi imzalansın və ərazi bütövlüyümüz çərçivəsində bu məsələ bitsin, erməni əsilli olan Azərbaycan vətəndaşları yaşadıqları yerlərdə qalıb yaşasınlar. Qarşı tərəf isə bununla razı deyil. Onlar istəmir ki, statussuz Qarabağ olsun”.

Ekspert deyir ki, Ermənistanı təhrik edənlər qlobal güclər var: «Faktiki olaraq Minsk qrupunun həmsədr ölkələrinin ( Rusiya, Fransa və ABŞ ) bu günlər səfirlərinin Azərbaycandakı diplomatların Şuşa səfərindən imtinası ilə da onların Ermənistan tərəfində dayandığı görünür. Üstəlik də Rusiya sülhməramları adı altında Qarabağda uzunmüddətli qalmaq istəyir».

O, qeyd edib ki, prosesin uzanması Ermənistana sərf edir : “Ona görə də onlar təxribatlar törədirlər. Ermənistan tərəfi fikirləşir ki, Azərbaycan nə qədər güzəşt etmirsə, ona beynəlxalq təzyiqi diaspor vasitəsilə artıracaqlar. Buna isə əsas lazımdır. Əsas da həmsədrlərin onlara verdiyi ilhamlandırıcı mesajlardır”.

İ.İsmayılın fikrincə bu vəziyyətdən çıxış yolları var : “Çıxış yolu Azərbaycanın 10 noyabr bəyanatının icrasını Rusiya dövlətindən tələb etməsidir. Bu bəyanatın bəndləri yerinə yetirilsə bu, artıq sülhün yarısının həll olunması deməkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ödəmə terminalı ilə “Azərişıq” arasında 1.7 milyon manatlıq qalmaqal

Sonrakı məqalə

“Biz bir millət, 3 dövlətik” –