“Azərbaycan niyə də Avrasiya İttifaqına üzv olmasın?” –Kremlin ideoloqu Dugindən Bakıya mesaj

“Qarabağın azad edilməsindən sonra nə üçün Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Avrasiya İttifaqına daxil olma məsələsi qaldırılmasın? Bunun üçün mane artıq yoxdur. Ardıcıl şəkildə hərəkət etmək lazımdır”. 

Azpost.info bildirir ki, bu sözləri Caliber.az saytına müsahibəsində Rusiyalı ictimai xadim, siyasi elmlər doktoru, Beynəlxalq Avrasiya hərəkatının rəhbəri Aleksandr Dugin deyib.

Onun sözlərinə görə,Türkiyəni də Avrasiya İttifaqına dəvət etmək lazımdır.

Dugin deyib ki, Azərbaycan əgər öz suveren və müstəqil siyasətini çoxqütblülük əsasında qurursa bu Çinlə iqtisadi, Rusiya ilə hərbi-siyasi əməkdaşlıq ola bilər. “Əgər Çin yaxındırsa, Rusiya lap Azərbaycanın böyründədir”. 

İctimai xadimin fikrincə, prezident İlham Əliyev suveren Azərbaycanın tərəfdarıdır. “İlham Əliyev lap təzəliklə qəhrəmancasına ölkənin ərazi bütvlüyünün bərpasına nail olub. Yerigəlmişən, bu prosesdə Vaşinqton deyil, Rusiya və Türkiyə öz rolunu oynayıb”.

Dugin bildirib ki, Azərbaycan avrasiyaçılıqda Rusiya, Türkiyə və İran arasında “açar zona” kimi çox mühüm yer tutur: “Bakı Moskva üçün mühüm strateji tərəfdaşdır. Azərbaycan çoxqütblü dünya üçün möhkəm qala ola bilər. Həmişə ən yeni çağrışılara hazır olmaq lazımdır. İlham Əliyev müdrik və uğurlu siyasətçidir və bunun öhdəsindən gələcək.O, öz xalqı və dövləti üçün doğru yol seçir”.

Duginin sözlərinə görə, bir analitik kimi hesab edir ki, Azərbaycanın suverenliyi yalnız balansın mövcud olduğu çoxqütblü dünyanın tanınması zamanı mümkündür.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Britaniya gəmisi Qara dənizdə düzgün hərəkət edib” –

Sonrakı məqalə

ABŞ-da kütləvi qarşıdurmalara səbəb olan polisə 22 il həbs cəzası verildi