Azərbaycan Ordusunun minaya düşən hərbçisi şəhid olub –Müdafiə Nazirliyi

Azərbaycan Ordusunun hərbçisi şəhid olub.

Müdafiə Nazirliyindən (MN) bildirilib ki, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı partlayış nəticəsində yaralanmış hərbçi vəfat edib.

Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilmiş ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı aprelin 3-də mina partlaması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Bayramov İlkin Bayram oğlu həkimlərimizin səyinə baxmayaraq, bu gün səhər saatlarında vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Eldar Quliyev “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq

Sonrakı məqalə

Altı ay komada qalmış hərbi qulluqçunun dəfn mərasimi keçirilib