Altı ay komada qalmış hərbi qulluqçunun dəfn mərasimi keçirilib

Vətən müharibəsində yararlanaraq, 6 ay komada qalan 23 yaşlı Səbuhi Hüseynli dəfn olunub.

Xaçmaz rayonunun Maqsudkənd kənd sakini olan şəhid doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Ş. Hüseynli oktyabrın 20-də yaralanmışdı. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb. (APA)

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycan Ordusunun minaya düşən hərbçisi şəhid olub –

Sonrakı məqalə

DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılıb