Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Avqustun 28-i saat 19:20-dən 20:55-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirlər görülüb.

Əvvəlki məqalə

Sabah dörd rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Sonrakı məqalə

Rusiyanın iki vilayətinə PUA hücumu olub