Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Avqustun 31-i saat 19:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Əvvəlki məqalə

Leysan olacaq, külək güclənəcək, çaylardan sel keçəcək

Sonrakı məqalə

Çempionlar Liqasının püşkü atıldı –